Aİİ-də İnstititun fəaliyyəti, tədris ilinə hazırlıqla bağlı iclas keçirilib (FOTO)


Digərləri 12 Sen 2019 18:46:00 180 0

Aİİ-də İnstititun fəaliyyəti, tədris ilinə hazırlıqla bağlı iclas keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin fəaliyyəti, tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin fəaliyyəti, tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. Aİİ-dən Trend-ə verilən məlumata görə, institut rəhbərliyinin, müəllim heyətinin, əməkdaşların iştirak etdikləri tədbirdə Aİİ-nin fəaliyyəti ilə bağlı yekun hesabat, ali tədris müəssisəsinin yeni tədris ilinə hazırlığı və gələcək vəzifələri müzakirə olunub. Aİİ rektoru Ceyhun Məmmədov İnstitutun müəllim və işçi heyətini tədris ilinin başlanması münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra İnstitut rəhbəri ali təhsil müəssisəsinin bu günədək gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib. C.Məmmədov bildirib ki, bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini, təhsil və elm sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən danışan C.Məmmədov zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, dərin bilikli, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin İnstitutun əsas vəzifələrindən olduğunu nəzərə çatdırıb. Bildirib ki, potensialımızı ortaya qoyub tələbələrin bilik və bacarıqlarının artırılması, şəxsiyyət kimi formalaşması üçün çalışmalıyıq.