“Vicdan haqqı”nın aktyoru 22 kilo arıqlayıb, tanınmaz hala düşdü


Digərləri 12 Sen 2019 17:49:00 493 0

“Vicdan haqqı”nın aktyoru 22 kilo arıqlayıb, tanınmaz hala düşdü

"Vicdan haqqı" serialı ilə məşhurlaşan aktyor İbrahim Çingiz imicindəki dəyişiklik ilə tanınmaz hala düşüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 8 ildən sonra saqqalı ilə vidalaşıb, eyni zamanda 22 kiloqram arıqlayıb.

"Belə transformasiya ancaq Hollivud ulduzlarından görə bilərsiniz. Özümü tərifləmirəm, amma fevraldan bu yana 22 kilo arıqladım. Heç bir dərmandan istifadə etmədən. Bu, böyük güc və iradə tələb edir. 100 kilodan 78 kiloya düşmüşəm" deyə, İbrahim yazıb.

İzləyicilərin bir qismi isə onun yeni görüntüsünü bəyənməyib. Sənətçi sosial şəbəkə istifadəçilərinin rəylərinə reaksiya verərək, bunları yazıb:

"Vallah, bilmirəm sizə nə olub. Nə yeyirsiniz, nə içirsiniz? Kök olanda "arıqlayın", arıq olanda "kökəlin", "saqqalı qırxın", "yox, saqqalı niyə qırxdınız?" deyirsiniz. Sizə nə etsək də, xoş olmayacaq. Nahaq yerə özünüzə əziyyət verməyin, onsuzda öz bildiyim kimi edəcəm".

(adsgarden = window.adsgarden || []).push({});