Dairəvi yolda xəsarət alan qadının kimliyi bilindi


Digərləri 12 Sen 2019 17:21:00 218 0

Dairəvi yolda xəsarət alan qadının kimliyi bilindi

Bakı dairəvi yolunda baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Bakı dairəvi yolunda baş verən qəzada xəsarət alan 23 yaşlı şəxsin kimliyi məlum olub. Trend-in məlumatına görə, o, 1996-cı il təvəllüdlü Əzimova Elnarə Telman qızıdır. Hadisə yerində xəsarət alan qız təcili yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırılıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, E.Əzimova qapalı kəllə beyin travması, beynin silkələnməsi və sol bud çanaq nahiyəsinin əzilməsi xəsarətləri alıb. Gənc qız həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb.