Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək


Digərləri 12 Sen 2019 15:45:00 52 0

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Sentyabrın 16-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.

Bakı. Elçin Mehdiyev - Sentyabrın 16-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək. Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-Prezidenti, Türkiyə tərəfindən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik edəcək. İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edəcəklər. Görüşdə hər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulub. Hazırda Hökumətlərarası Birgə Komissiyanın gündəliyində dayanan məsələləri razılaşdırmaq üçün Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri Azərbaycan tərəfdən tərəfdaşları ilə hazırlıq işləri aparırlar. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya 2 noyabr 1992-ci ildə Ankarada imzalanan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq saziş”inə uyğun olaraq yaradılmışdır. Bu günədək Komissiyanın 7 iclası keçirilib. Avqust ayının sonlarından başlayaraq Birgə Hökumətlərarası Komissiyanın ayrıca informasiya resursu – “Twitter” hesabı (@AzTurCom) fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yaradılan bu rəsmi hesabda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən, iki qardaş ölkənin əlaqələri ilə bağlı məlumatlar paylaşılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb like
  • 12 Sen 15:41  
Digərləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda piyada y

arrow Ətraflı
Cavan Zeynallı Aybəniz Haşımovanı "paxıl" adlandırdı like
  • 12 Sen 15:41  
Şou-biznes Cavan Zeynallı Aybəniz Haşımovanı "paxıl" adlandırdı

Fərid Məmmədov Aybəniz Haşımovanın ansamblında uşaq vaxtı oxuyurdu. Am

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb like
  • 12 Sen 15:35  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Sentyabr ayının 12-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan

arrow Ətraflı
Nazir müavini: Dünyada nüvə müharibəsinin başlaması riski mövcuddur like
  • 12 Sen 15:29  
Digərləri Nazir müavini: Dünyada nüvə müharibəsinin başlaması riski mövcuddur

Müasir beynəlxalq vəziyyətdə nüvə müharibəsinin başlaması riski mövc

arrow Ətraflı
Sverdlovsk vilayəti Azərbaycana biznes missiyalar göndərəcək like
  • 12 Sen 15:27  
Digərləri Sverdlovsk vilayəti Azərbaycana biznes missiyalar göndərəcək

Gələn il Rusiyanın Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi

arrow Ətraflı
"Azərbaycan Hava Yolları" təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir like
  • 12 Sen 15:23  
Digərləri "Azərbaycan Hava Yolları" təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

"Azərbaycan Hava Yolları" aviaşirkəti xanımlar arasında təyyar

arrow Ətraflı
Natavan heç vaxt ailəli olmayıbmış like
  • 12 Sen 15:18  
Şou-biznes Natavan heç vaxt ailəli olmayıbmış

Aktrisa Natavan Əfəndiyevanın bu ilin fevralında gizli ərə getdiyi xəbər

arrow Ətraflı
Veronika Qudis: Mənim idmanda məqsədim Olimpiadaya düşməkdir like
  • 12 Sen 15:17  
Digərləri Veronika Qudis: Mənim idmanda məqsədim Olimpiadaya düşməkdir

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının i

arrow Ətraflı
“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir like
  • 12 Sen 15:15  
Digərləri “Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

"Azərbaycan Hava Yolları" aviaşirkəti xanımlar arasında təyyarə bələd

arrow Ətraflı
Vahid Ələkbərov ilk üçlükdə like
  • 12 Sen 15:14  
Digərləri Vahid Ələkbərov ilk üçlükdə

"Forbes" jurnalı rusiyalı milyarderlərin yeni siyahısını tərtib

arrow Ətraflı
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi (FOTO) like
  • 12 Sen 15:10  
Digərləri Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi (FOTO)

Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6474, o cümlədən

arrow Ətraflı
Göyçayda eyvanlar yandı like
  • 12 Sen 15:05  
Digərləri Göyçayda eyvanlar yandı

Göyçay şəhərində beşmərtəbəli yaşayış binasının ikinci və beşin

arrow Ətraflı