Veronika Qudis: Mənim idmanda məqsədim Olimpiadaya düşməkdir


Digərləri 12 Sen 2019 15:17:23 229 0

Veronika Qudis: Mənim idmanda məqsədim Olimpiadaya düşməkdir

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının iştirakçısı Veronika Qudis yarışa hər gün 8-9 saat hazırlaşır

Bakı. Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının iştirakçısı Veronika Qudis yarışa hər gün 8-9 saat hazırlaşır. Gimnast Trend-ə müsahibəsində yarışa hazırlıqdan və gələcək hədəflərindən danışıb. O, gimnastikaya xalasının vasitəsilə başladığını deyib: “Mənim xalam məşqçi olub və tez-tez onunla məşqlərə gedirdim. Digər qızların necə məşq etdiyini görüb, həvəsə gəldim. Gimnastika ilə 3 yaşından məşğul oluram, Azərbaycan millisində isə 4 ildir ki, çıxış edirəm”. Hazırda onun üçün ən vacibi dünya çempionatında iştirakdır: