Metroda "WiFi" nə vaxt olacaq?


Digərləri 12 Sen 2019 13:57:30 264 0

Metroda "WiFi" nə vaxt olacaq?

"Bakı Metropoliteni"nin stansiyalarında fiber optik şəbəkənin quraşdırılması prosesi sürətləndirilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakl Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Fiber optik şəbəkə mertoda hərəkətin təşkili və daha təhlükəsiz idarə olunması ilə bağlıdır. Şəbəkənin çəkilməsi prosesi qurtardıqdan sonra stansiyalarda "Wi-Fi" quraşdlrıla bilər. Bu məsələdə biz özümüz də maraqlıyıq. Amma prosesin yekunlaşacağı tarixi dəqiq deyə bilmərik".