DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq


Digərləri 12 Sen 2019 13:59:25 223 0

DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq

Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin maaşları artırılıb, bununla əlaqədar DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq.

Bakı. İlhamə İsabalayeva - Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin maaşları artırılıb, bununla əlaqədar DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq. Trend-in məlumatına görə, Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ni təsdiq edib. NK-nın qərarı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri” təsdiq edilib. NK qərarında Maliyyə Nazirliyinə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməsini tapşırıb.