Evlərindən bank kartlarını oğurlayan 17 yaşlı qızın


Dünya 12 Sen 2019 12:53:00 189 0

Evlərindən bank kartlarını oğurlayan 17 yaşlı qızın

ABŞ-da valideyinlərinin bank kartlarını oğurladığı üçün polislər tərəfindən saxlanılan 17 yaşlı gənc qızın şok planı üzə çıxıb.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatında yaşayan 17 yaşlı Alyssa Hatcher adlı gənc qızın evlərindən oğurladığı bank kartlarından çıxartdığı pulla ana-atasını öldürtmək üçün casus tutduğu ortaya çıxıb.

Rəfiqəsinin polisə verdiyi ifadəyə görə, Alyssa iki tanışına külli miqdarda pul verərək valideynlərini öldürmələrini istəyib.

Bank hesablarından ilk dəfə 503 dollar, ikinci dəfə isə 926 dollar çəkdiyi təsdiqini tapan Alyssanın pulları hara xərclədiyi məlum olub.