Nazir müavini: Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub


Digərləri 12 Sen 2019 12:52:34 194 0

Nazir müavini: Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub

Azərbaycan və Rusiya qarşılıqlı əməkdaşlığı və investisiyaların artımını hədəfləyir

Bakı. Mətanət Nəsibova - Azərbaycan və Rusiya qarşılıqlı əməkdaşlığı və investisiyaların artımını hədəfləyir. Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda Azərbaycan-Rusiya biznes forumunda deyib. O bildirib ki, Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollaradək investisiya qoyub: “Öz növbəsində Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyalarının həcmi 1,2 milyard dollara bərabər olub. İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 19 faiz artaraq 2,5 milyard dollara çatıb”. Nazir müavininin sözlərinə görə, Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 2018-ci ildə 83 faiz artaraq 95 milyon dollar təşkil edib: