Prezidentin köməkçisi: Azərbaycan açıq ölkədir, istənilən insan bura gələ bilər


Digərləri 12 Sen 2019 12:19:15 53 0

Prezidentin köməkçisi: Azərbaycan açıq ölkədir, istənilən insan bura gələ bilər

Azərbaycan Prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirin ölkəyə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirin ölkəyə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib. Trend-in məlumatına görə, Ə.Həsənov deyib ki, "Buraxılmırdı" ifadəsi bir qədər kəskindir, "Dəvət vermirdi" isə başqa ifadədir. Prezidentin köməkçisi bildirib ki, dünyada heç bir vətəndaşın, məmurun Azərbaycana gəlişi qadağan deyil: "Azərbaycan açıq ölkədir, viza sistemi var. İstənilən insan bura gələ bilər, AŞ PA bizim tərəfdaş təşkilatlarımızdan biridir, illərdir ki, əməkdaşlıq edirik, mümkün olan tövsiyələrini nəzərə alırıq. Əlbəttə ki, Azərbaycanın öz dövlətçilik marağı var, həmişə bu maraqlardan çıxış edir. Siyasi məhbus, söz və mətbuat azadlığı məsələsində beynəlxalq təşkilatlarla bəzən bir platformada birləşirik, onların fikirləri ilə razılaşırıq, bəzi hallarda isə razılaşmırıq. Çünki qərəzli yanaşma görürük. Təəssüflər olsun ki, bu yanaşma qərəzli mahiyyət kəsb edir. Biz bəyan etmişik, bu gün də deyirik ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məhkum olunan insanlar var. Onların hər biri hüquqlarından həm Azərbaycanda, həm də Avropa məkanında istifadə edə bilərlər. Avropa hüququ Azərbaycanda keçərlidir, Azərbaycan Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarını zaman-zaman nəzərə alıb. Əgər kim Azərbaycan məhkəmələrinə, hüquq sisteminə güvənmirsə, buyursun, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsin. "Siyasi məhbus" siyasi dünyagörüşünə, fəaliyyətinə görə həbs olunan şəxsə deyirlər. Avropa Şurası ilə bu məsələdə razı deyilik". Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir 5-7 sentyabrda Azərbaycana səfər edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Türkiyədə terror aktının qarşısı alınıb like
  • 12 Sen 12:18  
Digərləri Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilən xüsusi əmə

arrow Ətraflı
Bu şəxslərin də maaşları artırılır like
  • 12 Sen 12:16  
Digərləri Bu şəxslərin də maaşları artırılır

Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının

arrow Ətraflı
Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar - İCBARİ FORMADA like
  • 12 Sen 12:10  
Digərləri Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar - İCBARİ FORMADA

Azərbaycanda yerüstü nəqliyyatı idarə edən bəzi sürücülər üçün ic

arrow Ətraflı
Cinayətdə şübhəli bilinən 22 nəfər saxlanılıb like
  • 12 Sen 12:07  
Kriminal Cinayətdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Sentyabrın 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinay

arrow Ətraflı
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub (FOTO) like
  • 12 Sen 12:06  
Digərləri Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub (FOTO)

Sentyabrın 11-də Heydər Əliyev Sarayında IV İndoneziya mədəniyyəti fest

arrow Ətraflı
Tonqanın baş naziri ölüb like
  • 12 Sen 11:58  
Dünya Tonqanın baş naziri ölüb

Tonqa Krallığının baş naziri Akilisi Poxiva dünyasının dəyişib.

arrow Ətraflı
“Sənə sevgimi nə il, nə də zaman dəyişdirəcək” like
  • 12 Sen 11:49  
Şou-biznes “Sənə sevgimi nə il, nə də zaman dəyişdirəcək”

Müğənni Zenfira İbrahimova eyni gündə dünyaya gələn qızı Dəniz və h

arrow Ətraflı
Bakıda avtomobil qaz xəttini zədələdi  2 min nəfər qazsız qaldı like
  • 12 Sen 11:45  
Digərləri Bakıda avtomobil qaz xəttini zədələdi 2 min nəfər qazsız qaldı

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametr

arrow Ətraflı
Bakıda bu ərazisində qaz olmayacaq like
  • 12 Sen 11:40  
Digərləri Bakıda bu ərazisində qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonunun Sabunçu qəsəbə

arrow Ətraflı