Qripdən necə qorunmalı?


Digərləri 12 Sen 2019 11:35:00 64 0

Qripdən necə qorunmalı?

Qrip, hava-damcı yolu ilə ötürülən yuxarı tənəffüs yollarının iltihabı ilə xarakterizə olunan Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) qrupuna aiddir.

Bakı. Qrip, hava-damcı yolu ilə ötürülən yuxarı tənəffüs yollarının iltihabı ilə xarakterizə olunan Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) qrupuna aiddir. ÜST məlumatına görə qrip epidemiyaları il ərzində 3-5 milyon hallarda ağır xəstəliyə və 390-650 min insanın isə ölümünə səbəb olur. Virus burun boşluğuna daxil olduqda, burun-udlağın arxa divarına keçir. Orada membrandan hüceyrəyə nüfuz edir, bununla da virusun bölünməsi və orqanizmin yoluxması başlayır. Xəstəliyin şiddəti mülayim dərəcədən ağır hipertoksik formalara qədər dəyişir. Qripin əsas simptomları və ağırlaşmaları. Qripin inkubasiya dövrü bir neçə saatdan 1-3 günə qədər davam edir. Xəstəlik kəskin şəkildə başlayır, xəstənin bədən istiliyi 40 °C dəqər qalxır, şiddətli zəiflik, baş ağrısı, titrəmələr, başgicəllənmə, işıq qorxusu, tərləmə, boğazda quruluq və qızartılar, əzələlərdə və oynaqlarda ağrılar, halsızlıq, burunla nəfəsalmanın pozulması, gözlərdə və qaşlarda ağrı. Qripin ağır formalarında damarların kollapsı, beyin ödemi, hemorragik sindrom inkişaf edir, gedişata ikincili bakterial ağırlaşmalar qoşulur. Qripin profilaktikası yolları. Qripdən effektiv qorunma yollarından biri vaksinasiyadır (qrip əleyhinə peyvənd). Bədənin qoruyucu funksiyasını artıran bitki mənşəli vasitələri (exinaseya, eleuterokokk), həmçinin multivitamin kompleksləri qəbul edə bilərsiniz. Bağırsaq mikroflorası immun sisteminin formalaşmasında mühüm rol oynayır. Bağırsaq mikroekologiyasının pozulması, bifidobakteriyalar və laktobakteriyaların çatışmazlığı bağırsaqda patogen bakteriyaların koloniya əmələ gətirməsi üçün şərait yaradır. Qida maddələrinin mənimsənilməsinin azalması nəticəsində hüceyrə və humoral immunitet azalır. KRVİ dövründə virusla yoluxmamaq üçün ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə edə bilərsiniz. Ofisdə, dükanda, məktəbdə şəxsi gigiyena qaydalarına əməl etməyə çalışın. Burnu duzlu məhlullarla yuya, oksolin məlhəmdən istifadə edə bilərsiniz. Xəstələndiyiniz halda evdə qalın, dərhal həkimə müraciət edin, yataq rejiminə əməl edin və mümkün qədər maye qəbul edin.
Novxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO) like
  • 12 Sen 11:34  
Digərləri Novxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narko

arrow Ətraflı
Elnarə yeni görkəmdə like
  • 12 Sen 11:31  
Şou-biznes Elnarə yeni görkəmdə

Müğənni Elnarə Xəlilova yenidən görünüşündə dəyişiklik edib.

arrow Ətraflı
Polis 2 aydır ki, like
  • 12 Sen 11:22  
Digərləri Polis 2 aydır ki,

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır.

arrow Ətraflı
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub - CƏDVƏL like
  • 12 Sen 11:20  
Digərləri Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub - CƏDVƏL

Ölkədə uşaqlarla bağlı sosial ödəniş sistemi ünvanlı, effektiv və op

arrow Ətraflı
Xalq artistindən Sami Yusufla bağlı açıqlama like
  • 12 Sen 11:17  
Şou-biznes Xalq artistindən Sami Yusufla bağlı açıqlama

Vətəni, onun mədəniyyətini, ədəbiyyatını, qəhrəmanını, keçmişini

arrow Ətraflı
Aİİ-də sınaq dərslər təşkil olunur (FOTO) like
  • 12 Sen 11:13  
Digərləri Aİİ-də sınaq dərslər təşkil olunur (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllimlərin işə qəbulu ilə

arrow Ətraflı
Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır like
  • 12 Sen 11:13  
Digərləri Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır

Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar bar

arrow Ətraflı
Əflatun Amaşov: "Media dövlət siyasətini dəstəkləyir" like
  • 12 Sen 11:09  
Siyasət Əflatun Amaşov: "Media dövlət siyasətini dəstəkləyir"

Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura l

arrow Ətraflı
Şimali Kiprdə hərbi hissədə partlayış olub like
  • 12 Sen 11:08  
Dünya Şimali Kiprdə hərbi hissədə partlayış olub

Şimali Kiprdə güclü partlayış baş verib.

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb like
  • 12 Sen 11:04  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Sentyabrın 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinay

arrow Ətraflı