Birbirindən unikal 200dək musiqi aləti Heydər Əliyev Mərkəzində


Digərləri 12 Sen 2019 10:55:00 51 0

Birbirindən unikal 200dək musiqi aləti Heydər Əliyev Mərkəzində

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır. Tarixi eksponatlar, ölkələrin musiqi mədəniyyətini canlı izləmək imkanı, korifey sənətkarların vaxtı ilə ifa etdiyi musiqi alətlərini yaxından görmək və bir daha dinləmək fürsəti...

Son.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun bir necə ildir üzərində işlədiyi və müxtəlif mənbələrdən toplanan unikal kolleksiya sentyabrın 17-dən "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində təqdim ediləcək.

Heydər Əliyev Mərkəzində açılacaq sərgidə XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunacaq. Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstan aid musiqi alətləridir.

Ekspozisiyanın unikal eksponatları sırasında N.Gəncəvinin "Xəmsə"sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası da yer alıb.

Ekspoziyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara , 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti "Stereo Buta" da ekspozisiyada təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

"Xətai" stansiyası istifadəyə verildi like
  • 12 Sen 10:50  
Digərləri "Xətai" stansiyası istifadəyə verildi

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin "Şah İsmayıl Xətai" stan

arrow Ətraflı
Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min istehlakçı qazsız qaldı like
  • 12 Sen 10:46  
Digərləri Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min istehlakçı qazsız qaldı

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametr

arrow Ətraflı
"Tam səmimi ancaq hamamda ola bilərik" like
  • 12 Sen 10:45  
Şou-biznes "Tam səmimi ancaq hamamda ola bilərik"

Gözəl qadınların şəxsi həyatda bəxti gətirmədiyini deyən Nura Suri bu

arrow Ətraflı
Bakıda bir qrup abunəçinin qazı kəsildi - SƏBƏB? like
  • 12 Sen 10:42  
Digərləri Bakıda bir qrup abunəçinin qazı kəsildi - SƏBƏB?

Bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonunun Sabunçu qəsəbə

arrow Ətraflı
"Kişilər qadınlardan necə həzz alır bilmirəm" like
  • 12 Sen 10:41  
Digərləri "Kişilər qadınlardan necə həzz alır bilmirəm"

Azərbaycan əsilli türk müğənni Tuğba Əkinci dünən getdiyi masaj salon

arrow Ətraflı
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb like
  • 12 Sen 10:40  
Digərləri Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb

Bu gün Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplant

arrow Ətraflı
Alla Puqaçova harada dəfn olunacaq? like
  • 12 Sen 10:36  
Digərləri Alla Puqaçova harada dəfn olunacaq?

Rusiyanın xalq artisti Alla Puqaçova özünə qəbir üçün torpaq sahəsi al

arrow Ətraflı
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb like
  • 12 Sen 10:36  
Digərləri Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb

Bu gün Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplant

arrow Ətraflı
Natavan bütün geyimlərini ucuz qiymətə satdı like
  • 12 Sen 10:32  
Şou-biznes Natavan bütün geyimlərini ucuz qiymətə satdı

Müğənni Natavan Həbibi bütün geyimlərini satışa çıxarıb.

arrow Ətraflı
Yeni "Rolls-Royce Phantom Tranquillity" avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib (FOTO) like
  • 12 Sen 10:28  
Digərləri Yeni "Rolls-Royce Phantom Tranquillity" avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib (FOTO)

11 sentyabr tarixində “Improtex Motors” şirkəti “Rolls-Royce Motors Bak

arrow Ətraflı
Rusiyanın tarixi serialına Xalq artistimiz də çəkilir like
  • 12 Sen 10:27  
Digərləri Rusiyanın tarixi serialına Xalq artistimiz də çəkilir

Hazırda çəkilişləri Türkiyədə aparılan "Rus kölə" serialın

arrow Ətraflı
Bəxtiyar Musayev: Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır! like
  • 12 Sen 10:20  
Digərləri Bəxtiyar Musayev: Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!

Müsahibimiz Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis m

arrow Ətraflı
Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir like
  • 12 Sen 10:18  
Digərləri Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir

Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülə

arrow Ətraflı
Təranəylə Musanın 5 manatlıq “giveaway”i like
  • 12 Sen 10:18  
Şou-biznes Təranəylə Musanın 5 manatlıq “giveaway”i

Müğənnilər Təranə Qumral və Musa Musayev səhifəsində "Giveaway&qu

arrow Ətraflı