Sumqayıtda soyğunçu yeniyetmə qızın telefonunu və pulunu aparıb
Digərləri 12 Sen 2019 09:03:00 271 0
Sumqayıtda yeniyetmə qıza qarşı soyğunçuluq edilib.
Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsi ərazisində baş verib.
Belə ki, naməlum şəxs 2002-ci il təvəllüdlü Ellada Cəfərovaya qarşı zor tətbiq edib və onun mobil telefonunu, 200 manat pulunu alaraq qaçıb.
Faktla əlaqədar polisə məlumat verilib.
Mənbə: milli.az