SEKS İŞGƏNCƏSİ Qorxudan doğan xəstəlik


Digərləri 12 Sen 2019 08:35:00 54 0

SEKS İŞGƏNCƏSİ  Qorxudan doğan xəstəlik

Vaginizm xəstəliyi ön sevişmənin normal olmasına baxmayaraq, vagina əzələlərinin cinsi əlaqə zamanı cinsi əlaqəyə imkan verməyəcək dərəcədə, sistemsiz olaraq yığılmasıdır ki, bu yığılma nəticəsində cinsi əlaqə ya heç mümkün olmur, ya da həddindən artıq ağrılı olur. Bəzi qadınlarda bu əlamətlər təkcə cinsi əlaqə zamanı yox, həm də ginekoloji müayinələr, eləcə də gigiyenik tamponlar qoyulması zamanı da özünü göstərir.   Qadınların əksəriyyətində bu əlamətlər ilk cinsi əlaqə zamanı ortaya çıxsa da, digərlərində normal cinsi həyatın olmasına baxmayaraq, keçirdiyi hər hansı bir infeksion xəstəlikdən, cərrahi əməliyyatdan və ya psixoloji travmadan sonra da yarana bilər.   Vaginizm xəstəliyinin səbəbləri nədir? Necə olur ki, orqanizmin bir hissəsi bizə "tabe" olmur?   Vaginizm xəstəliyindən əziyyət çəkən pasiyentlərimizin ultrasəs müayinəsində, hormonlarında və ya qan analizlərində bu xəstəliyə səbəb olacaq heç bir ciddi dəyişiklik aşkar edə bilmirik. Problemin kökü psixoloji faktorlardadır. Ən əsas faktor isə yeniyetmə qızların cinsi həyat haqqında bildikləri yanlış məlumatlar və qorxulardır.   Şəxsi təcrübəmizdə tez-tez rast gəldiyimiz qorxu, yanlış fikirlər və vaginizmə səbəb olacaq əlamətlərin bəzilərini nəzərinizə çatdırırıq:   - Qızlıq pərdəsinin itirilmə qorxusu;   - İlk cinsi əlaqə zamanı çoxlu qan itirmə qorxusu;   - Vagina dəliyinin yerinin bilinməməsi;   - Həyat yoldaşını istəməmək və ya iyrənmək;   - Düşüncədə möhkəmlənmiş əxlaq dəyərləri;   - Genital nahiyəyə əvvəllər dəyən sərt bir zərbə;   - Travmatik edilmiş ginekoloji müayinə və s.  

Vaginizmin əlamətləri nədir? Bu problem özünü pasientlərimizdə necə göstərir?   Pasiyentlərimizin demək olar ki, əksəriyyətinin qeyd etdiyi bir şikayət cinsi əlaqə zamanı əlləri vasitəsi ilə həyat yoldaşını özündən itələməsidir. Cinsi əlaqə bəzən çox ağrılı olduğu üçün ancaq ön sevişmə ilə kifayətlənirlər. Təşviş, həddindən artıq çox davam edən qorxu və həyəcan hissi də bütün hallarda pasiyentlərimizi narahat edir. Zaman keçdikcə qadınlarda özünü günahlandırma, ağlama, kövrəlmə, ümidsizlik kimi əlamətlər də peyda olmağa başlayır. Ailədə yaşlıların tez-tez onlara verdiyi "uşaq varmı?" sualı problemi daha da dərinləşdirməyə başlayır.   Cinsi maariflənmənin aşağı olduğu cəmiyyətimizdə, təbii ki, vaginizm xəstələrinin də sayı düşündüyümüzdən daha çoxdur. Bu tip ailələr heç bir müalicə almadan ən yaxşı halda sadəcə ön sevişmə ilə kifayətlənərək ailə həyatlarını davam etdirirlər. Bir çox ailədə isə nəticə heç də həmişə belə olmur. Bu ailələr ilk 2 il ərzində heç bir nəticə olmadığına görə boşanırlar.   Vaginizmin müalicəsi varmı?   Vaginizm 90-95 % hallarda dərmansız yalnız psixoterapiya vasitəsi ilə həllini tapan psixoloji problemdir. Bu problemi yaşayan ailələrin ən çox etdiyi səhv "bir az vaxt keçşin, düzələr" düşüncəsidir. Təəssüf ki, vaginizm öz-özünə aradan qalxan bir problem deyil. Əksinə, zamanla psixi gərginlik artdığı üçün problem daha da arta bilər. Bu problemdən əziyyət çəkən ailələrə tövsiyəmiz utanmadan, çəkinmədən mütəxəssisə müraciət etmək və qısa bir müddət ərzində problemlərindən azad olmaqdır. Nəzərə çatdırmaq lazımdır ki, vaginizm cinsi disfunksiyalar içərisində ən asan müalicə olunan problemdir.

(adsgarden = window.adsgarden || []).push({});
Malinin şimalında silhalılar tərəfindən hərbçi öldürülüb like
  • 12 Sen 08:33  
Dünya Malinin şimalında silhalılar tərəfindən hərbçi öldürülüb

Mali hökumətinin ordusunun ən azı bir üzvü öldürüldü, daha 7 nəfər y

arrow Ətraflı
Kiberhücumların 99%i zərərverici linklərə keçid nəticəsində baş verir like
  • 12 Sen 08:31  
Digərləri Kiberhücumların 99%i zərərverici linklərə keçid nəticəsində baş verir

"Proofpoint" şirkətinin haker hücumlarında insan amili haqqında i

arrow Ətraflı
Azərbaycan qarğıdalı ixracına başlayıb like
  • 12 Sen 08:28  
Digərləri Azərbaycan qarğıdalı ixracına başlayıb

Azərbaycan Gürcüstana qarğıdalı ixracına başlayıb.

arrow Ətraflı
Evinə basqın edilən bitcoin milyonçusu özünü ikinci mərtəbədən atdı like
  • 12 Sen 08:25  
Digərləri Evinə basqın edilən bitcoin milyonçusu özünü ikinci mərtəbədən atdı

Norveç Prokurorluğundan əldə edilən ittihamnaməyə görə Bitcoin milyonç

arrow Ətraflı
Türkiyədə yol qəzasında 10dan çox insan yaralanıb like
  • 12 Sen 08:23  
Dünya Türkiyədə yol qəzasında 10dan çox insan yaralanıb

Türkiyənin Muğla vilayətində bir sərnişin mikroavtobusu maşınla toqquş

arrow Ətraflı
İlk “Redmi” televizoru satışa çıxarılır like
  • 12 Sen 08:21  
Digərləri İlk “Redmi” televizoru satışa çıxarılır

Bu gün Çində avqustun sonunda "Redmi Note 8" və "Redmi Note 8

arrow Ətraflı
Putin Soçidə Netanyahu ilə görüşəcək like
  • 12 Sen 08:18  
Dünya Putin Soçidə Netanyahu ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də Soçidə İsrailin baş nazi

arrow Ətraflı
Tramp: ABŞ İranda hakimiyyət dəyişikliyini istəmir like
  • 12 Sen 08:13  
Dünya Tramp: ABŞ İranda hakimiyyət dəyişikliyini istəmir

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranda hakimiyyət dəyişikliyini istəm

arrow Ətraflı
İndoneziyada iğtişaşlardan sonra 29 nəfər tutulub like
  • 12 Sen 08:08  
Dünya İndoneziyada iğtişaşlardan sonra 29 nəfər tutulub

İndoneziya polisi şərqdə kütləvi iğtişaşlarda şübhəli bilinən 29 n

arrow Ətraflı
“Starship” robot arabası tələbələrə yemək çatdıracaq  VİDEO like
  • 12 Sen 08:05  
Digərləri “Starship” robot arabası tələbələrə yemək çatdıracaq VİDEO

ABŞ-ın Perdyu Universitetinin "West Lafayette" kampusunda "Star

arrow Ətraflı
600 min GPS cihazı təhlükə qarşısındadır like
  • 12 Sen 08:01  
Digərləri 600 min GPS cihazı təhlükə qarşısındadır

Çinin "Shenzhen i365 Tech" adlı böyük şirkəti tərəfindən iste

arrow Ətraflı
Azərbaycan qarğıdalı ixracına başlayıb (ÖZƏL) like
  • 12 Sen 07:45  
Digərləri Azərbaycan qarğıdalı ixracına başlayıb (ÖZƏL)

Azərbaycan Gürcüstana qarğıdalı ixracına başlayıb

arrow Ətraflı