Günün qoroskopu:Maraqlı işgüzar təkliflər ala bilərsiniz


Digərləri 12 Sen 2019 00:01:00 49 0

Günün qoroskopu:Maraqlı işgüzar təkliflər ala bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın.

Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır.

Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər.

Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz.

Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin.

Buğa - asan gün olmayacaq. Lakin bütün sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin, ciddi səhvlər etməyin.

Maliyyə məsələlərini həll etmək, alış-verişə çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik tələb edən işlərlə məşğul olmaq mümkündür.

Əkizlər - tələsməyin, səbrli olun. Bu günün yaratdığı imkanlar ilk baxışdan sərfəli təsir bağışlasa da, niyyət və ya planınızın reallaşması üçün daha uğurlu məqam ola bilər.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq zamanıdır.

Ailədə kiçik fikir ayrılıqları istisna deyil. Soyuqqanlı olun, ovqatınızı pozmayın.

İş yerini dəyişmək və ya köç üçün əlverişli zaman deyil.

Xərçəng - qüvvələrinizi toplayın, aktiv olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun təfərrüatlarından dəqiq hali olmalıdırlar.

Sizi dərhal anlayacaqlarına bel bağlamayın. Necə və hansı formada dəstək almaq istədiyinizi aşkar deyin.

Günün ikinci yarısında reallaşa biləcək anlaşma və ya sövdələşmələrdən böyük gəlir gözləməyin. Gördüyünüz işə görə pulu sonradan alacağınıza hazır olun. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir.

Şir - mürəkkəb problemin və ya çətin məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha əfzəldir.

Rəqabət mübarizəsinə qatılmamağa çalışın. Əks təqdirdə çox qüvvə sərf edəcəksiniz, nəticələr isə əhəmiyyətli olmayacaq.

Yaxınlarınız və dostlarınızla ünsiyyətdə üstünlüyünüzü əyan etməyə can atmayın. Belə davranış xoşagələn deyil.

Səbrsiz olmayın, hisslərin təsiri altında düşünülməmiş addım atmayın.

Qız - pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil.

Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə müqayisədə daha yaxşı olacaq.

Yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlərin təşkilatı üçün pis gün deyil. Qəfil romantik etiraf istisna deyil. Şəxsi həyatınızda köklü dəyişiklik başlana bilər. Uzaqda yaşayan qohumlar özlərini xatırladacaqlar.

Tərəzi - hadisələrin əvvəlcədən planlaşdırdığınız məcra ilə getməməsi sizi sinirləndirməsin. Situsiyanı dəyişmək üçün yetərincə enerjiniz var. İşgüzar həyatla bahəm şəxsi münasibətlərdə təşəbbüskar olun. Əməlləriniz ilk baxışdan xaotik və düşünülməmiş təsir bağışlaya bilər. Fəqət, qarşınıza qoyduğunuz məqsədə doğru dürüst addımlar atın. Ən başlıcası isə qərar və addımlarınızın səbəblərini yaxın ətrafınızdakı insanlara izah etməyi unutmayın.

İş və kommersiya fəaliyyəti ilə bağlı yeni ideyalar yaranır.

Biznesi genişləndirmək və ya fərqli sahə seçmək üçün əlverişli zamandır.

İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin.

(adsgarden = window.adsgarden || []).push({});
İran Xəzərdən 2,5 min tondan çox kilkə ovlayıb like
  • 11 Sen 23:59  
Dünya İran Xəzərdən 2,5 min tondan çox kilkə ovlayıb

Cari İran ilinin (21 mart 2019-dan başlayaraq) 5 ayı ərzində (21 mart-22 av

arrow Ətraflı
İran Xəzərdən 2,5 min tondan çox kilkə ovlayıb like
  • 11 Sen 23:57  
Digərləri İran Xəzərdən 2,5 min tondan çox kilkə ovlayıb

Cari İran ilinin (21 mart 2019-dan başlayaraq) 5 ayı ərzində (21 mart -22 a

arrow Ətraflı
Məşhur neft maqnatı dünyasını dəyişdi like
  • 11 Sen 23:55  
Dünya Məşhur neft maqnatı dünyasını dəyişdi

Dünya şöhrətli amerikalı kapitalist Tom Bun Pikens-balaca 92 yaşında vəf

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı layihəni davam etdirir like
  • 11 Sen 23:32  
Digərləri Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı layihəni davam etdirir

Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin təbliği istiqamətində ço

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti dəyişib like
  • 11 Sen 23:05  
Digərləri Azərbaycan neftinin qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti dəyişib like
  • 11 Sen 23:00  
Digərləri Azərbaycan neftinin qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı