Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı layihəni davam etdirir
Digərləri 11 Sen 2019 23:32:00 61 0
Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırır
Bu xəbəri də oxu: Gözəl dəri üçün qış menyusu
Bakı.
Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırır.
Trend-in məlumatına görə, bu layihələrdən biri də “Unudulmayanlar” adlanır. "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli mədəniyyət xadimlərinin bəstəkarların, klassik musiqi tariximiz və muğam ifaçılarının həyat və yaradıcılığını təqdim etməkdir.
Layihənin açılışı ötən il, 5 mart 2018-ci il tarixində baş tutub və Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, məşhur alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuşdu. Daha sonrakı buraxılışlarda xanəndə, Xalq artistləri, unudulmaz ifaçılar, Həqiqət Rzayeva, Azərbaycan vokal ifaçılığının banisi, opera müğənnisi Bülbül və digər sənətkarlara həsr edilmiş gecələr təşkil edilib.
2019-cu ilin ilk "Unudulmayanlar"ı 24 sentyabr tarixində təqdim olunacaq. Layihənin ilk tədbirində XIX əsrin sonu - XX əsrin əvvəlində xanəndəlik fəaliyyəti ilə məşğul olmuş daha sonra neft sənayeçisinə çevrilən Seyid Mirbabayevin xatirəsi yad ediləcək. Bütün muğamsevərləri 2019-cu il boyunca layihənin maraqlı konsertlərini izləməyə dəvət edirik. Layihə “Mədəniyyət” kanalının informasiya dəstəyi ilə reallaşır.
Mənbə: az.trend.az
Digərləri
Azərbaycan neftinin qiyməti dəyişib
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

Digərləri
Məşhur film yenidən ekranlaşdırılacaq
"Paramount Pictures" kinostudiyası rejissor Con Vunun "Sifətsiz

Digərləri
Azərbaycan neftinin qiyməti dəyişib
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

Digərləri
Valideynlərini öldürtmək üçün bank kartlarını oğurladı
Amerikada yaşayan Alissa Hatçer valideynlərin bank kartını oğurladığı

Dünya
Makron və Ruhani arasında telefon danışıqları keçirilib
Bu gün İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron Tehra

Digərləri
Makron və Ruhani arasında telefon danışıqları keçirilib
İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron telefon danı

Digərləri
Avtomobilin vurduğu piyada xəstəxanada öldü
Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş
