Deputat: Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə baxılmalıdır


Digərləri 11 Sen 2019 20:31:56 220 0

Deputat: Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə baxılmalıdır

Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə, eləcə də müəllim hazırlığı ixtisaslarında tədris edilən psixologiya dərsliklərinə, proqramalarına yenidən baxılmalıdır.

Bakı. İlhamə İsabalayeva - Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə, eləcə də müəllim hazırlığı ixtisaslarında tədris edilən psixologiya dərsliklərinə, proqramalarına yenidən baxılmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması həyati zərurətə çevrilib: “Müasir informasiya cəmiyyətinin yaranması qloballaşmanı o qədər sürətləndirib ki, mənlik şüuru yenicə formalaşan məktəbəqədər yaşlı uşaq ciddi psixoloji travmalara məruz qalır. Bu gün hər iki uşaqdan birində ya planşet, ya da smartfon var. Onlar hansı informasiyanı alırlar? Müəllim və valideynlərinin, yoxsa virtual dünyanın və oradakı yeni infoqrupların təsiri altında daha çox olurlar? Ona görə də uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması vacibdir”.