Son üç ayda e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub


Digərləri 11 Sen 2019 19:23:00 39 0

Son üç ayda e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub

2019-cu il 1 sentyabr tarixinə respublika üzrə uçotda olan 1.031.164 vergi ödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür.

Bakı. 2019-cu il 1 sentyabr tarixinə respublika üzrə uçotda olan 1.031.164 vergi ödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb və bunun 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib. Bu barədə Trend-ə Vergilər Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, cari ilin avqust ayında 1.372 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin avqust ayına nisbətən 47 faiz çoxdur. Kommersiya qurumlarının 72,1 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,6 faizi isə səhmdar cəmiyyət formasında təşkil olunub. Hesabat dövründə 64.329 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 53,7 faizinin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artım deməkdir. 2018-ci ilin 8 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 31.946 təşkil edir və aktiv ƏDV ödəyicilərinin sayı 18.622 vahidə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1 faiz artıb və onların xüsusi çəkisi 2,2 faiz çox olub. Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.
Bakıda hərəkətə mane olan daha bir avtobus dayanacağının yeri dəyişdirildi like
  • 11 Sen 19:19  
Digərləri Bakıda hərəkətə mane olan daha bir avtobus dayanacağının yeri dəyişdirildi

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin y

arrow Ətraflı
Bu ölkədə FACİƏ: avtobus körpüdən aşdı like
  • 11 Sen 19:17  
Dünya Bu ölkədə FACİƏ: avtobus körpüdən aşdı

Misirin paytaxtı Qahirədə avtobus körpüdən aşıb.

arrow Ətraflı
Bu ərazilərə yolu düşənlər, XƏBƏRDAR OLUN: like
  • 11 Sen 19:14  
Digərləri Bu ərazilərə yolu düşənlər, XƏBƏRDAR OLUN:

Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Ne

arrow Ətraflı
Misirdə avtobus körpüdən aşdı - 5 ölü like
  • 11 Sen 19:11  
Digərləri Misirdə avtobus körpüdən aşdı - 5 ölü

Misirin paytaxtı Qahirədə avtobus körpüdən aşıb

arrow Ətraflı
Filip Kirkorov Bakıda yeni solo konsertlə çıxış edəcək like
  • 11 Sen 19:05  
Digərləri Filip Kirkorov Bakıda yeni solo konsertlə çıxış edəcək

Filip Kirkorov Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək.

arrow Ətraflı
“Cinsi əlaqə mənim üçün ikinci plandadır” like
  • 11 Sen 18:54  
Digərləri “Cinsi əlaqə mənim üçün ikinci plandadır”

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan illər öncə etdiyi etirafı il

arrow Ətraflı
Bu ölkədə hər 5 kişidən biri yaxın dostunun arvadı ilə like
  • 11 Sen 18:51  
Digərləri Bu ölkədə hər 5 kişidən biri yaxın dostunun arvadı ilə

Çoxlarınız bu məlumatları ilk dəfə eşidəcəksiniz.

arrow Ətraflı
Nərimanovda 6 otaqlı ev yandı like
  • 11 Sen 18:49  
Digərləri Nərimanovda 6 otaqlı ev yandı

Bakı şəhərinin Nərimanov rayonunda 6 otaqlı ev yanıb.

arrow Ətraflı
Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı müəyyən edilib like
  • 11 Sen 18:48  
Digərləri Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı müəyyən edilib

Qoza sayı, lif və çiyid çıxımı dəqiqliklə hesablanaraq təhlil olunub,

arrow Ətraflı
DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) like
  • 11 Sen 18:41  
Digərləri DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO)

Dövlət Gömrük Komitəsi (DGK) və “Huawei Tech. Azerbaijan” MMC arasınd

arrow Ətraflı
Dünyada kişilər qadınlardan daha çox intihar edirlər like
  • 11 Sen 18:39  
Dünya Dünyada kişilər qadınlardan daha çox intihar edirlər

10 sentyabr Dünya İntiharların Qarşısını Alma günüdür. Statistikaya g

arrow Ətraflı
ADU və Ural Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO) like
  • 11 Sen 18:31  
Digərləri ADU və Ural Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Bakı Biznes Mərkəzində Azərbaycan Dillər Universiteti (ADU) ilə Boris Yel

arrow Ətraflı
"Kak po maslu" komandasının anti vloqu işıq üzü gördü like
  • 11 Sen 18:29  
Digərləri "Kak po maslu" komandasının anti vloqu işıq üzü gördü

Tam əminliklə söyləmək olar ki, artıq Azərbaycanda özünə məxsus yumor

arrow Ətraflı