Azərbaycanla Sverdlovsk vilayəti arasında müzakirə:


Digərləri 11 Sen 2019 18:19:00 205 0

Azərbaycanla Sverdlovsk vilayəti arasında müzakirə:

Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti arasında qaldırıcı kran istehsalı üzrə birgə müəssisənin yaradılması üzrə danışıqlar aparılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Sverdlovsk vilayəti maşınqayırma sahəsində böyük potensiala malikdir:

"Birgə müəssisənin Kalinin adına maşınqayırma zavodu ilə birgə yaradılması planlaşdırılır. Azərbaycanın aparıcı müəssisələri bu məsələyə maraq göstərir. Ümid edirəm ki, danışıqlar bu məsələdə irəliləyişə gətirib çıxaracaq".