AQTA bal yarmarkasına çıxarılacaq məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarət edəcək


Digərləri 11 Sen 2019 17:50:00 249 0

AQTA bal yarmarkasına çıxarılacaq məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarət edəcək

AQTA bal yarmarkasına çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edəcək

Bakı. Samir Əli - Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 28 sentyabr-18 oktyabr tarixlərində keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edəcək. Agentlikdən Trend-ə verilən məlumata görə, bu barədə məlumatı yarmarkaya hazırlıq işləri və tətbiq ediləcək yeniliklərə həsr olunmuş mətbuat konfransında Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev verib. Bildirib ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitunun əməkdaşları tərəfindən satışa çıxarılacaq bal və bal məhsullarından nümunələr götürülərək İnstitutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək.