Şəmkirdə əl qumbarası tapılıb (FOTO)


Digərləri 11 Sen 2019 17:35:00 296 0

Şəmkirdə əl qumbarası tapılıb (FOTO)

Şəmkirdə otlaq sahədə F-1 əl qumbarası aşkarlanıb.

Bakı. Şəmkirdə otlaq sahədə F-1 əl qumbarası aşkarlanıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 2019-cu il 11 Sentyabr tarixində saat 14:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Şəmkir rayonu ərazisində yerləşən Aşıq Teymurov sovxozundan əl qumbarasının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.