Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? (ÖZƏL)


Digərləri 11 Sen 2019 17:01:10 225 0

Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? (ÖZƏL)

Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib. Bunu Trend-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, dəm qazından zəhərlənənlərin 6-sı uşaq olub. Ümumilikdə bu ilin ilk 8 ayı ərzində 71 nəfər ilan, 14 nəfər əqrəb, 6 nəfər qara qurd sancması, 23 nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.