Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib


Digərləri 11 Sen 2019 16:55:00 53 0

Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib

Sentyabrın 11-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Bakı. Elçin Mehdiyev – Sentyabrın 11-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Trend-in məlumatına görə, Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edib, onlara işlərində uğurlar diləyib. Komitə sədri bildirib ki, iclasın gündəliyindəki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunur. Məlumat verilib ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilsin. Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və “Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində də nəzərdə tutulub. Həmçinin “hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir. Diqqətə çatdırılıb ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub. Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir. Sonra Ziyafət Əsgərov bildirib ki, cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin 10 iclası keçirilib, 17 qanun layihəsi plenar iclasa tövsiyə olunub və qəbul edilib. Payız sessiyasında “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub. İclasda çıxış edən komitə üzvləri Elman Məmmədov, Aqil Abbas, Hikmət Məmmədov, Fərəc Quliyev qanunlara edilən dəyişiklikləri məqbul hesab ediblər. Deputatlar dövlət tərəfindən hərbi sahəyə, hərbi qulluqçulara göstərilən diqqət və qayğını təqdir edib, ordumuzun döyüş ruhunun yüksək olduğunu söyləyiblər. Müzakirələrdən sonra “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Şvartsenegger: "Tramp özünü mənə bənzətməyə çalışır" like
  • 11 Sen 16:53  
Dünya Şvartsenegger: "Tramp özünü mənə bənzətməyə çalışır"

Məşhur Hollivud ulduzu Arnold Şvartsenegger ABŞ prezidenti Donald Trampın q

arrow Ətraflı
Medvedev: Öz pendirimiz də pis deyil like
  • 11 Sen 16:49  
Digərləri Medvedev: Öz pendirimiz də pis deyil

Rusiya artıq pendir istehsalına başlayıb

arrow Ətraflı
Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücüyə like
  • 11 Sen 16:48  
Kriminal Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücüyə

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirlənd

arrow Ətraflı
Tramp bayraqları endirməyə çağırıb like
  • 11 Sen 16:44  
Dünya Tramp bayraqları endirməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-də törədilmiş terror

arrow Ətraflı
Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq like
  • 11 Sen 16:42  
Digərləri Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şura

arrow Ətraflı
Məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yayılan məlumat şayiədir like
  • 11 Sen 16:35  
Digərləri Məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yayılan məlumat şayiədir

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcbu

arrow Ətraflı
Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş (FOTO) like
  • 11 Sen 16:34  
Digərləri Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş (FOTO)

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin y

arrow Ətraflı
Yol Polisi valideynlərə müraciət etdi like
  • 11 Sen 16:30  
Digərləri Yol Polisi valideynlərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədri

arrow Ətraflı
Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi like
  • 11 Sen 16:25  
Digərləri Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi

Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı m

arrow Ətraflı
Ağdaşda 2 avtomobil yolu yenidən qurulub (FOTO) like
  • 11 Sen 16:24  
Digərləri Ağdaşda 2 avtomobil yolu yenidən qurulub (FOTO)

Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 km təşkil edir.

arrow Ətraflı
Müğənninin əri toy gecəsi xəstəxanalıq oldu like
  • 11 Sen 16:21  
Digərləri Müğənninin əri toy gecəsi xəstəxanalıq oldu

Ötən gecə türkiyəli müğənni Aylin Coşqun sevgilisi Volkan Aslanla toy e

arrow Ətraflı
Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək like
  • 11 Sen 16:18  
Digərləri Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı

arrow Ətraflı
ABŞda yük təyyarəsi qəzaya uğradı like
  • 11 Sen 16:16  
Dünya ABŞda yük təyyarəsi qəzaya uğradı

ABŞ-ın Ohayo ştatında yük təyyarəsi qəzaya uğrayıb.

arrow Ətraflı
Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək like
  • 11 Sen 16:16  
Digərləri Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı

arrow Ətraflı