Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək


Digərləri 11 Sen 2019 16:16:00 214 0

Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək.

Bakı. Ceyhun Ələkbərov - Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək. Bunu bu gün Aqrar Tədqiqatlar Mərkəzində yarmarkaya son hazırlıq işləri ilə bağlı mətbuat konfransında Trend-in sualına cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib. L.Məmmədova bildirib ki, əvvəlki illərdəki problemlərin qarşısını almaq üçün bir sıra tədbirlər görülüb: “Ötən il güclü küləklə bağlı xoşagəlməz hadisə yaşanmışdı. Bu il isə həmin problemlərin təkrarlanmaması üçün xüsusi çadırlar gətiriləcək. Eyni zamanda soyuq günlərdə həm arıçılar, həm də alıcıların rahatlığını təmin etmək məqsədilə çadırlarda istilik sistemi quraşdırılacaq”. Xatırladaq ki, ötən il güclü külək bal yarmarkası üçün quraşdırılmış çadırları uçurmuşdu.