Arda Turan haqda həbs qərarı verildi - 2 il 8 ay


Digərləri 11 Sen 2019 15:31:00 221 0

Arda Turan haqda həbs qərarı verildi - 2 il 8 ay

Ötən ilin oktyabr ayında müğənni Berkay Şahinlə dalaşan "Başakşəhər"in futbolçusu Arda Turan bu gün məhkəmə qarşısına çıxıb.

Bakı. Ötən ilin oktyabr ayında müğənni Berkay Şahinlə dalaşan "Başakşəhər"in futbolçusu Arda Turan bu gün məhkəmə qarşısına çıxıb. Trend-in məlumatına görə, İstanbul Ədalət Sarayında keçirilən məhkəmədə Arda Turana hökm oxunub. Qorxu yaradacaq şəkildə silahla atəş açmaq, sənədsiz silah gəzdirmək və qəsdən sağlamlığa zərər vurmaqda günahlarılan futbolçuya 2 il 8 ay 15 gün həbs cəzası verilib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib.