Arvadını yataq otağında öldürdü,


Dünya 11 Sen 2019 14:29:18 273 0

Arvadını yataq otağında öldürdü,

Türkiyənin Bursa şəhərinin İnegöl qəsəbəsində 2 azyaşlı qızını otaqda kilidlədikdən sonra arvadı Hatice Ereni (32) tapançayla başından vuraraq öldürən Cihan Erenin (36) cinayət işi yekunlaşıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, 2 il əvvəl Cihan Eren səhər saat 7 radələrində ailə münaqişəsi zəmnində həyat yoldaşı Hatice Eren ilə mübahisə edib. Gurultu səsinə oyanan qızlarını qonaq otağına salaraq qapını bağlayan Cihan üzərindəki tapança ilə yataq otağında həyat yoldaşı Hatice Erenin başına atəş açaraq öldürüb. Qətl sonrası mobil telefonu ilə eyni məhəllədə yaşayan qohumlarına xəbər verən Cihan Eren könüllü olaraq polisə təslim olub.