Ceyhun Bayramov: Direktorlar məktəb daxilində neqativ halların aşkar edilməsini xüsusi diqqətdə saxlamalıdırlar


Digərləri 11 Sen 2019 13:46:00 203 0

Ceyhun Bayramov: Direktorlar məktəb daxilində neqativ halların aşkar edilməsini xüsusi diqqətdə saxlamalıdırlar

Növbəti tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır.

Bakı. İlhamə İsabalayeva - Növbəti tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, ilkin olaraq müxtəlif bölgələr əhatə edilməklə, 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq. C.Bayramov, həmçinin tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47 930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib. İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan nazir bildirib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran C.Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.