Azərbaycan Rusiyada logistika mərkəzi açacaq


Digərləri 11 Sen 2019 13:38:00 206 0

Azərbaycan Rusiyada logistika mərkəzi açacaq

Hazırda Yekaterinburq yaxınlığında Azərbaycan logistika mərkəzinin açılması ilə bağlı danışıqlar davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, mərkəz Azərbaycanda istehsal olunan meyvə və tərəvəzin saxlanması üçün yaradılır:

"Sentyabrın 12-də keçiriləcək biznes-forum zamanı Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin müvafiq təşkilatları arasında memorandum imzalanacaq".

Nazir əlavə edib ki, ötən il Azərbaycan Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac edib: