Əli Əhmədov partiya sədrinə: Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?


Digərləri 11 Sen 2019 12:44:00 263 0

Əli Əhmədov partiya sədrinə: Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov bəzi müxalifət partiyaları tərəfindən səsləndirilən iddialara cavab verib.

Bakı. Elçin Mehdiyev – Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən "dəyirmi masa"da bəzi müxalifət partiyaları tərəfindən səsləndirilən iddialara cavab verib. Trend-in məlumatına görə, Ə.Əhmədov bildirib ki, heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz: “Onlar müşahidə apara bilərlər. Kiminsə seçilməsi ilə bağlı məsələ ortaya qoya bilməzlər". Ə.Əhmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Sərdar Cəlaloğlu, sən Petruşevla danışıqlarda iştirak etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da, həmçinin bu ənənə var. Bu torpağın qorunmasına və müdafiə olunmasına görə deyil, sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə təqdim edilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!" Ə.Əhmədov bildirib ki, bu görüşdə toplaşmağın əsas məqsədi Azərbaycanda siyasi proseslərə xarici müdaxilələr məsələsini müzakirə etməkdir: “Əgər biz müzakirəyə çıxarılan məsələ ilə əlaqədar fikir mübadiləsi aparıb vahid qərara gəlmək istəyiriksə, bu barədə danışaq. Əksinə, digər məsələləri bu tribunadan istifadə edib bura tökmək istəyiriksə, heç nəyə nail ola bilməyəcəyik”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin