Azərbaycanda 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


Digərləri 11 Sen 2019 11:24:00 239 0

Azərbaycanda 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb

Azərbaycanda 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb

Bakı. İlhamə İsabalayeva - Müəllimlərin son əməkhaqqı artımından sonra ümumtəhsil sistemində çalışan 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, indiyədək ölkə üzrə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1,5 dəfə, əmək haqları 2 dəfə artırılıb.