Ramil Quliyevdən yenə qələbə


Digərləri 11 Sen 2019 09:01:16 197 0

Ramil Quliyevdən yenə qələbə

Həmyerlimiz Ramil Quliyev ötən gün daha bir mötəbər idman yarışında qələbə qazanıb.

Bakı. Həmyerlimiz Ramil Quliyev ötən gün daha bir mötəbər idman yarışında qələbə qazanıb. Trend-in məlumatına görə, Minskdə keçirilən atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçirilən yarışlarda Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet, dünya və Avropa çempionu R.Quliyev 200 metr məsafəyə qaçışda birinci olub. O, 20,16 saniyə nəticə göstərərək yarışda bütün rəqiblərini qabaqlayıb.