Buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib


Digərləri 11 Sen 2019 08:04:00 256 0

Buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib

Norveçdə buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Şpitsbergendə arktik Norveç arxipelaqında sahəsi 10 kvadratkilometrə yaxın olan yeni ada yaranıb.

Qurunun bu hissəsi onilliklər boyu yarımada hesab edilirdi, lakin bu il yayda buzlaqların əriməsi nəticəsində başqa mənzərə yaranıb. Tromsö şəhərindəki Norveç Qütb Tədqiqatları İnstitutunun topoqrafı Anders Skoqlund yerli jurnalistlərlə söhbətində deyib: "Buzlağın əriyib sahildən uzaqlaşdığı yerdə çəkilmiş yeni fotoşəkillərdə dənizin göy rəngli zolağı yaranıb. Şpitsbergendəki buzlaqlar son illərdə sürətlə əriyib uzaqlaşıblar. Bu, dənizə çıxan buzlaqlara da aiddir. Onlar qurudakı buzlaqlarla müqayisədə daha sürətlə əriyir".

Şpitsbergenin şimal-şərq sahillərində yeni adanı Anders Skoqlund kəşf edib. İnstitut burada Şpitsbergen rayonu barədə kartoqrafik məlumatlar yaradılması üzərində işləyir.

(adsgarden = window.adsgarden || []).push({});