Rusiyada təyyarə biletlərinin qiyməti ilin əvvəlindən bəri 24,1 faiz bahalaşıb


Dünya 11 Sen 2019 07:56:00 243 0

Rusiyada təyyarə biletlərinin qiyməti ilin əvvəlindən bəri 24,1 faiz bahalaşıb

Bu ilin yanvarından avqust ayına qədər Rusiyada ekonom-sinif aviabiletlərinin qiyməti 24,1 faiz bahalaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təyyarə biletlərinin bahalaşması 2008-ci ildə baş verən dünya böhranından bəri ən intensiv xarakter alıb. Bundan əlavə, 2018-ci illə müqayisədə ekonom-sinif biletlərinin orta qiymətində də 18,3 faizlik bahalaşma müşahidə olunub. Əvvəlki illərdə isə qiymət artımı 2-19 faiz arasında dəyişirdi.

Rusiyanın Nəqliyyat naziri Yevgeni Ditrix Şərq İqtisadi Forumu meydanlarında rəhbərlik etdiyi qurumun sentyabr ayında aviabiletlərin qiymətinin ucuzlaşmasına yönələn yeni tədbirlər kompleksi təqdim edəcəyini bildirib.