Qışa mürəbbə hazırlamağın beş səbəbi


Digərləri 11 Sen 2019 07:00:00 237 0

Qışa mürəbbə hazırlamağın beş səbəbi

Son vaxtlar mürəbbə bişirmək dəbdən düşüb. Bu, vaxt və zəhmət tələb edir, əlbəttə ki, şəkər tozu da az tələb olunmur. Bu səbəbdən ev xanımları əvvəllər populyar olan reseptlərdən imtina edir, mağazadan alınan cem və konfetlərə üstünlük verirlər. Lakin ev mürəbbəsini marketdə satılanla əvəz etmək səhv addımdır. Sənayedə hazırlanan məhsulun tərkibində konservantlar və dadgücləndiricilər olur, buna görə də onun heç bir faydasından söhbət gedə bilməz. Ancaq evdə hazırlanan məhsulun faydalı olmasını cəsarətlə deyə bilərik.

Son.az AZƏRTAC-a istinadən bunun beş səbəbini diqqətinizə çatdırır.

1.Mürəbbənin tərkibində pektin var

Siz heç olmasa bir şirniyyatın adını çəkin ki, orqanizmdən şlak və toksinləri çıxarmağı bacarsın. Yaxud da həzmetməni, mədə-bağırsaq işləməsini nizamlasın, xolesterin yığınını bağırsaqlardan təmizləsin və s. Pektinlə zəngin olan meyvələrdən hazırlanan alma, motmotu, qarağat, ərik, gavalı mürəbbələri isə buna qadirdir.

Pektinlər - təbii polisaxaridlər orqanik turşuların törəmələridir. Onlar meyvə və giləmeyvələrə lətin həcmini saxlamaq üçün möhkəmlik verirlər. Pektinlər qatılaşdırma xassəsinə malikdirlər: onlar mayeni qatılaşdırır, jele şəklinə salırlar. Bu səbəbdən bağırsaq pozulmaları zamanı tərkibində pektinlərin olduğu məhsullar ishalın və orqanizmdə maye itkisinin qarşısını alır.

2.Vitaminlər meyvənin tərkibində qalır

Mürəbbə rəqiblərinin əsas sübutu ondadır ki, qaynadılan zaman bütün faydalı maddələr parçalanır. Çox vaxt "bütün" sözünün arxasında C vitamini nəzərdə tutulur ki, həqiqətən də bu vitamin istilik emalına qarşı həssasdır.

Lakin askorbin turşusu təkcə qızdırılma zamanı qeyri-sabit deyil. Aşağı temperaturda saxlanılma zamanı (giləmeyvə və meyvələrin dondurulması) onun miqdarı çox sürətlə aşağı düşür və artıq 3 aydan sonra sıfra bərabər olur. Bu səbəbdən dondurulmuş meyvələri C vitamininin yaxşı mənbəyi hesab etmək səhvdir.

Giləmeyvə və meyvələrin tərkibində C vitaminindən əlavə digər dəyərli maddələr də var. Bu, B vitaminləri qrupu və termik emal zamanı parçalanmayan mikroelementlərdir. Bu səbəbdən qışda məhsulu əminliklə təkcə dadlı deyil, həm də faydalı hesab etmək olar.

3.Şəkərin həcmini azaltmaq mümkündür

Hər bir mürəbbənin ənənəvi resepti bir hissə meyvəni bir hissə şəkər tozu ilə qatmaqdır. Lakin heç kim qadağa qoymur ki, şəkər tozunun miqdarı azaldılsın. Bu zaman məhsul sərin yerdə, hətta otaq temperaturunda da saxlanılır.

Şəkərin həcminin azaldılması məhsulun patogen mikroorqanizmlərə qarşı davamlılığını aşağı salır. Buna görə də bankaların hazırlanmasına xüsusi diqqətlə yanaşmaq vacibdir. Onları yumaq, sterilizə etmək və steril qapaqlarla bağlamaq lazımdır. Bu zaman meyvənin tərkibində şəkərin miqdarı iki dəfə azaldılsa belə, mürəbbə korlanmayacaq.

(adsgarden = window.adsgarden || []).push({});