“Amazon” yeni ödəniş sistemini yoxlayır:


Digərləri 10 Sen 2019 22:55:00 244 0

“Amazon” yeni ödəniş sistemini yoxlayır:

"Amazon" əllərin (ovucun) ölçüsü və formasına görə, ödəniş sistemini test etməyə başlayıb.

Bu haqda "New York Post" nəşri yazıb.

"Orvill" adlandırılan skaner növbəti ilin başlanğıcında şirkətin mağazalarında görünə bilər. Ödənişi etmək üçün istifadəçilərə qurğuya toxunmaq lazım olmayacaq.

Son.az facemark.az-a istinadən bildirir ki, şirkətin nümayəndəsi deyir ki, yeni texnologiya ödənişə sərf edilən vaxtı əhəmiyyətli dərəcədə azaldacaq. "Amazon"a görə, kredit kartı ilə ödəniş təxminən 4 saniyə davam edir. Əlin skan edilməsi ilə ödənişin edilməsi ən çoxu 300 millisaniyədən çox vaxt aparacaq. Qurğu alıcını 0,0001% dəqiqliklə müəyyən edir.

Bugünkü gündə yeni texnologiya "Amazon"un Nyu-York ofisinin daxilində test edilir. O pərakəndəçinin ticarət avtomatlarına quraşdırılır. Şirkətin əməkdaşları əllərinin köməyi ilə qazlı içi, çipsi, baton şokoladların ödənişini edirlər.

(adsgarden = window.adsgarden || []).push({});