İmam Hüseynə də bu səbəbdən nifrət edirlər...


Digərləri 10 Sen 2019 19:44:00 231 0

İmam Hüseynə də bu səbəbdən nifrət edirlər...

Bu gün Aşuradır.

Mənimçün fərqli gündü. Ki, tarixə şəhidliyin, qəhrəmanlığın, cəsarətin timsallarından olan Hüseyn qanı ilə, canı ilə, əqidəsi və şərəfi ilə möhürünü vurub bu gün.

Aşuranı bəyənməyə bilərlər, İmam Hüseynə lağ edə bilər, dinə, inama, inanana, Allaha və müsəlmana şəbədə qoşa bilərlər. Qoşsunlar, etsinlər.

Amma heç nə də alınan deyil.

Çünki...

Azərbaycanda bəlli kəsim var ki, canqı çocdan cəhənnəmə vasil olmuş modernizmin poçtla gələn "qara kağız"ı olan postmodernizm mərəzinə tutulublar, asqırırlar ateizmdən tutmuş nihilizmədək hər vəbalı.

Əxbar da o ki, həmin vəbalılar özlərini müdrik, ağıllı, dərrakəli, uzaqgörən bilirlər.

Ateist deyiblər və Aşuraya, bu günü özünə qəsəm sayanlara lağ edirlər.

Onların davası inanca deyil - özləri demişkən, müsəlmanın Allahı ilədi.

Xristianın xaçlı, yəhudinin maqendavidli, buddistin sansaralı tanrısı ilə işləri yox.

Miskin davadı bu, inanın.

İmam Hüseynə də bu səbəbdən nifrət edirlər - onun kim olduğunu, nə etdiyini dərk etmədikləri üçün.

"Hakimiyyət, siyasət davasıdır da", "ərəbdən bizə nə..." və ilaxır.

Tarixdə bir qəhrəman göstərin ki, hakimiyyət davası etməyib və ya hakimiyyət üçün dava etməyib.

Hakimiyyət xalqdı, insandı, dövlətdi, torpaqdı.

Babəkin davası nə idi? Məzdəkin, Hürrün, Cavidanın, Cavanşirin, Fətəli xanın, Cavad xanın, Uilyam

Uollasın, Şarl de Qollun, Napoleonun, İsgəndərin, Çingizxanın, Teymurləngin, Nəsiminin, Rəsulzadənin, Şah İsmayılın... Daha kimlərin.

Hamısının davası ya siyasət, ya hakimiyyət, ya əqidə, ya məfkurə, ya da mənsub olduğu qövmün davası.

Çalışdığı, oxuduğu, yaşadığı yerdə rüşvətxora, zalıma, tərbiyəsizə, müştəbehə başını qaldırıb söz deyə bilməyən, "nə edim, balalarım var, ailəm var" deyən zavallı ailəsini, körpələrini, gələcəyini, özünü əqidəsinə, həqqə, haqqa görə qılınc qabağına verən və ölümü də qorxudub ölümsüzləşən adama lağ edirlər.

Sosial şəbəkələrdə yaşayanlar, telefonu bağlayandan sonra gözüqıpıqlığı yaşam tərzi edənlər insanların insan kimi yaşaması üçün qanını halal edənə ağız büzürlər.

(adsgarden = window.adsgarden || []).push({});