Azərbaycan Gimnastika Federasiyasının baş katibi: Bədii gimnastika üzrə 37-ci dünya çempionatının keçirilməsinə hazırıq (FOTO)


Digərləri 10 Sen 2019 19:17:22 238 0

Azərbaycan Gimnastika Federasiyasının baş katibi: Bədii gimnastika üzrə 37-ci dünya çempionatının keçirilməsinə hazırıq (FOTO)

Təşkilat baxımından biz bədii gimnastika üzrə 37-ci dünya çempionatının keçirilməsinə hazırıq

Bakı. Cani Babayeva - Təşkilat baxımından biz bədii gimnastika üzrə 37-ci dünya çempionatının keçirilməsinə hazırıq. Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib. O bildirib ki, bu gün Beynəlxalq Gimnastika Federasiyasının rəsmi nümayəndələri Bakıya gəlib: “Onlar yarış zalına baxış keçiriblər. Bilet satışına gəldikdə, artıq 8500-dən çox bilet satılıb. Sevindirici haldır ki, biletlərin 45 faizi onlayn sistem vasitəsilə xarici azarkeşlər tərəfindən alınıb. Rusiya və Türkiyədən olan azarkeşlərlə yanaşı, Milli Gimnastika Arenası Xorvatiya, İsrail, İtaliya, İspaniya, Yaponiya, Paraqvay və digər ölkələrdən olan azarkeşləri qəbul edəcək”. Baş katibin sözlərinə görə, milli komandanın üzvləri uzun müddətdir ki, intensiv məşqlər keçirir: “Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luazn və Məryəm Səfərova təmsil edəcək. Qrup hərəkətlərdə komandanın tərkibinə Diana Əhmədbəyli, Ayşən Bayramova, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina daxildir. Ümid edirik ki, doğma divarlar arasında məsuliyyətin daha çox olmasına baxmayaraq, gimnastlarımız nəyə qadir olduqlarını göstərəcək”. N.Məmmədzadə qeyd edib ki, dünya çempionatında fərdi proqramda 150-dən çox gimnast, qrup hərəkətərində isə 24 komanda çıxış edəcək: