Media nümayəndələri “TurAz Qartalı2019” təlimlərini izləyiblər


Digərləri 10 Sen 2019 17:37:00 194 0

Media nümayəndələri “TurAz Qartalı2019” təlimlərini izləyiblər

"TurAz Qartalı-2019" birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə yerli və xarici media nümayəndələrinin sentyabrın 10-da təlim keçirilən əraziyə səfəri təşkil edilib.

Müdafiə Nazirliyindən Son.az-a bildirilib ki, təlimdə iştirak edən şəxsi heyət və hərbi aviasiya vasitələri ilə tanış olan jurnalistlər uçuşları izləyib və onları maraqlandıran suallar cavablandırılıb.