Xırdalanda göyərçin oğruları saxlanıldı


Digərləri 10 Sen 2019 16:52:00 194 0

Xırdalanda göyərçin oğruları saxlanıldı

Xırdalanda göyərçin oğruları saxlanılıb

Bakı. Samir Əli - Xırdalanda göyərçin oğruları saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini R.Əhmədov sentyabrın 5-də gecə saatlarında həyətinə girmiş 2 nəfərin onu bıçaqla hədələyərək göyərçinlərini apardığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş O.Piriyev və M.Adilov polis əməkdaşları tərəfindən saxlanılıblar. Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.