Ağstafada ağır yol qəzası:


Digərləri 10 Sen 2019 16:44:00 229 0

Ağstafada ağır yol qəzası:

Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 9-da saat 17 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini Elvin Heydərovun idarə etdiyi "VAZ-2121" və R.Fərəcovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə E.Heydərov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.