“07” yük maşını ilə toqquşdu:


Digərləri 10 Sen 2019 14:41:00 235 0

“07” yük maşını ilə toqquşdu:

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 9-da günorta saatlarında rayonun Qıraqlı kəndinə qeydə alınıb. Saatlı sakini, 1994-cü il təvəllüdlü Qurbanov Taleh İlqar oğlunun idarə etdiyi 90 LD 383 nömrəli "VAZ 2107" markalı avtomobil "Shachman" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində T.Qurbanov hadisə yerində vəfat edib.

Araşdırma aparılır.