Sulutəpədə qaz kəsildi, nə vaxt bərpa olunacaq? - AÇIQLAMA


Digərləri 10 Sen 2019 14:41:50 215 0

Sulutəpədə qaz kəsildi, nə vaxt bərpa olunacaq? - AÇIQLAMA

Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində avtomobilin zədələdiyi qaz xəttinin təmirinə başlanılıb.

Bakı. Samir Əli - Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində avtomobilin zədələdiyi qaz xəttinin təmirinə başlanılıb. Bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib. Onun sözlərinə görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır: "Təxminən yarım saata qaz xətti tam bərpa ediləcək, ərazidə işlər yekunlaşacaq. Ətraf ərazidəki abonentlərə 1 saat ərzində təbii qazın verilməsi bərpa ediləcək". . Xatırladaq ki, bu gün günorta saatlarında avtomobilin qaz xəttini zədələməsi nəticəsində əraziyə təbii qazın verilməsi dayandırılıb. Nəticədə Sulutəpə qəsəbəsində 1 500 abonentin qaz təminatı dayandırılıb.