İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlanıb


Digərləri 10 Sen 2019 14:01:56 45 0

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlanıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalında bir sıra yeniliklər olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, ikinci ildir təşkil olunan festival çərçivəsində Bakıda və şairin doğulduğu Şamaxıda 30-dək tədbir keçiriləcək.

Festivalda bu il ilk dəfə Nəsiminin seçilmiş qəzəlinə bir sıra tədqiqatçı və şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi olacaq. "Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm" qəzəlinə Azərbaycan, Rusiya, İran, Türkiyə və Misirdən 10-dan çox müəllif öz təhlillərini təqdim edəcək. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şairlər, alimlər və filosoflar mühazirələrlə çıxış edəcəklər. Rusiyalı psixoloq Aleksey Sıtnikov, ABŞ-dan olan tədqiqatçı Alan Qodlas, italiyalı şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə keçmişə və müasir dövrə aid müxtəlif nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar. Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess və Böyük Britaniyada yaşayan tədqiqatçı, azərbaycanlı Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitabları təqdim ediləcək.

Builki festivalda kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülmüş filmlərin nümayişi olacaq. Finlandiyalı rejissor Aki Kaurisməkinin "Ümidin o biri üzü" filmində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması əksini tapıb.

Silsilə tədbirlər çərçivəsində sentyabrın 28-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə "El sənəti" I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da start götürəcək.

Nəsimi festivalı çərçivəsində bu il həm də uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə "Ümidin yaradılması" sosial-mədəni layihəsi həyata keçiriləcək. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb. Bu köynəklərin festival çərçivəsində nümayişi və satışı təşkil olunacaq. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.

Festival günlərində Bakı və Şamaxıda bir sıra sərgilər də olacaq: sentyabrın 28-də Bakıda Şirvanşahlar sarayında açılacaq "İrfani sirlər" sərgisində Azərbaycan, Türkiyə, Fransa və Özbəkistandan olan 10 rəssam və heykəltəraşın əsərləri nümayiş etdiriləcək. Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan video art, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim olunacaq.

Sentyabrın 30-da "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi" IV Beynəlxalq heykəltəraşlıq simpoziumu, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda isə VIII Beynəlxalq "Tullantıdan sənətə" sərgisi açılacaq.

Qala qəsəbəsində istifadəsiz sənaye anbarının divarları üzərində işlənmiş rəsm əsərlərindən ibarət "Danışan divarlar" incəsənət layihəsinin ictimai təqdimatı olacaq. Bu layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların "urban/street art" (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunacaq.

Festival çərçivəsində Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın məşhur "Ölümsüzlük otağı" ("Ölümsüzlük odası") əsəri də ekspozisiyada nümayiş olunacaq. Oktyabrın 1-də açılışı olacaq sərgi 2020-ci il martın 31-dək davam edəcək.

Şamaxı rayonunda isə "Şamaxı antologiyası" (1468, Britaniya Muzeyi, London) əlyazmasına dair sərgi açılacaq. 15-ci əsrdə Şamaxının mədəni mərkəz olduğunu, burada yüksək kitab mədəniyyətinin mövcudluğunu nümayiş etdirən bu şeir məcmusu Azərbaycan miniatür sənətinin ən gözəl incilərindəndir. Əlyazmadakı miniatürlər sərgidə müxtəlif üsul və texnikalarla təqdim olunacaq.

Şamaxıda, həmçinin İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olacaq. Yüngül metal hissəciklərdən hazırlanan əsərin müəllifi rəssam Rəşad Ələkbərovdur.

Nəsimi Festivalı çərçivəsində bir sıra elan olunmuş müsabiqələrin nəticələri də açıqlanacaq: Azərbaycan Milli Xalça Muzeyinin söz ustadına həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi xalça eskizləri nümayiş olunacaq. Həmçinin Mədəniyyət Nazirliyinin "SÖZ" layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri açıqlanacaq.

Festival çərçivəsində müxtəlif ölkələrin incəsənət xadimləri və qruplarının ifasında mənəviyyat axtarışlarını, dinlər və mədəniyyətlərarası dialoqu tərənnüm edən musiqi proqramları və tamaşalar da təqdim olunacaq. Bu proqramlarda ayrı-ayrı dövlərə aid ruhani və müasir musiqi nümunələri səslənəcək, fiziki imkanları məhdud insanların sağlam şəxslərlə bərabərlik və birgəliyinin ifadəsi olan rəqsləri nümayiş etdiriləcək.

Uşaqları məscidə aparmaq olar? - Komitə sədri aydınlıq gətirdi like
  • 10 Sen 13:57  
Digərləri Uşaqları məscidə aparmaq olar? - Komitə sədri aydınlıq gətirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı uşa

arrow Ətraflı
İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlanıb like
  • 10 Sen 13:52  
Digərləri İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlanıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə

arrow Ətraflı
“Yeşilçam”ın aktyoru vəfat etdi  FOTO like
  • 10 Sen 13:51  
Dünya “Yeşilçam”ın aktyoru vəfat etdi FOTO

"Yeşilçam" filmlərində bir çox baş rolu canlandıran türkiyəli

arrow Ətraflı
İlham Əliyevin nəvəsi Luka Modriçlə - FOTO like
  • 10 Sen 13:50  
İdman İlham Əliyevin nəvəsi Luka Modriçlə - FOTO

Goal.az xəbər verir ki, M.Ağalarov oyundan sonra rəqib komandanın ulduz fut

arrow Ətraflı
İranda saatda 101 km sürətlə əsən külək qum qasırğası yaratdı like
  • 10 Sen 13:49  
Digərləri İranda saatda 101 km sürətlə əsən külək qum qasırğası yaratdı

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətinin Zab

arrow Ətraflı
Neçə nəfər qan verib?  RƏSMİ like
  • 10 Sen 13:42  
Digərləri Neçə nəfər qan verib? RƏSMİ

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılı

arrow Ətraflı
"Məhsul" stadionu "haray"ı: like
  • 10 Sen 13:41  
Siyasət "Məhsul" stadionu "haray"ı:

Azərbaycanın normal, əqidəli, prinsipial və ən başlıcası, konstruktiv m

arrow Ətraflı
Taksitlə ödə, Honda Civic qazan! like
  • 10 Sen 13:37  
Digərləri Taksitlə ödə, Honda Civic qazan!

Kapital Bank BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçir

arrow Ətraflı
Azərbaycanlı futbolçunu Messiyə bənzətdi like
  • 10 Sen 13:32  
İdman Azərbaycanlı futbolçunu Messiyə bənzətdi

Goal.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbo

arrow Ətraflı
VISA: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb like
  • 10 Sen 13:31  
Digərləri VISA: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmində artım müşahidə olunur

arrow Ətraflı
AŞ PA prezidenti Azərbaycana gələcək like
  • 10 Sen 13:30  
Siyasət AŞ PA prezidenti Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Lilian Mori Pask

arrow Ətraflı