Azərbaycanda banklararası ödənişlər artır


Digərləri 10 Sen 2019 14:26:14 223 0

Azərbaycanda banklararası ödənişlər artır

Bu ilin yanvar-iyul aylarında 152 milyard manat məbləğində banklararası ödənişlər edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur

Bakı. Kəmalə Məmmədli - Bu ilin yanvar-iyul aylarında 152 milyard manat məbləğində banklararası ödənişlər edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur. Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının infrastruktur nəzarəti şöbəsinin rəhbəri Tamerlan Rüstəmov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu ilin ilk yeddi ayı ərzində 7,380 milyon ödəmə kartı buraxılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 31,7 faiz çoxdur: “Plastik kartlar vasitəsilə keçirilmiş əməliyyatların həcmi 11,9 milyard manat təşkil edib, bunlardan 21 faizi nağdsız hesblaşmalar olub. Elektron ticarət əməliyyatlarının həcmi 5,9 dəfə artaraq 1,66 milyard manata çatıb”.