VISA: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb


Digərləri 10 Sen 2019 13:31:13 205 0

VISA: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmində artım müşahidə olunur

Bakı. Kəmalə Məmmədli - Azərbaycanda nağdsız ödənişlərin həcmində artım müşahidə olunur. Trend-in məlumatına görə, bunu VISA şirkətinin Qafqaz üzrə regional direktoru Kristina Doroş mətbuat konfransında deyib. O bildirib ki, bu ilin ilk yarısında Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin payı 20 faiz təşkil edib. Bu, ötən ilin eyni dövründən 16 faiz çoxdur.