Sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələdi


Dünya 10 Sen 2019 10:17:00 206 0

Sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələdi

Bakıda rus əsilli şəxsi şantaj edərək ondan külli miqdarda pul alıblar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qaradağ rayonu, Sahil qəsəbə sakini, 1983-cü il təvəllüdlü Aleksandr Kalinkin polisə şikayətində bildirib.

O qeyd edib ki, Elşən adlı şəxs 2018-ci ildən onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumat yayacağı ilə hədələyir.

Buna görə də indiyə qədər ona 50 min manat pul verib.