Baş prokurorun birinci müavini Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək


Digərləri 10 Sen 2019 10:18:00 189 0

Baş prokurorun birinci müavini Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək

Baş prokurorun birinci müavini Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il sentyabrın 13-də saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Cəlilabad rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.