Youtubenin moda bölməsi: Youtube Fashion VİDEO


Digərləri 10 Sen 2019 08:05:00 277 0

Youtubenin moda bölməsi: Youtube Fashion  VİDEO

Platforma Youtube.com/Fashion-u təqdim etdi. Youtube platformasının dəb bölməsində orijinal məzmun istehsalçılarından sənayenin peşəkarlarına qədər bir çox adam iştirak edəcək.

Son.az chip.az-a istinadən bildirir ki, Youtube bloqunda verilən məlumata görə platformadakı dəb və gözəllik kanallarının sayı 2014-cü ildən 2018-ci ilə qədər 6 dəfə böyüyüb. Ötən il milyardlarla izlənmə sayı müşahidə olunub.

Məzmun istehsalçılarının Youtube üçün olduqca önəmli olduğu ifadə edən platforma, bu sahədə yer alacaq məzmun istehsalçılarının Camila Coelho, Jenn Im, Ingrid Nilsen, Safiye Nygaard, Jackie Aina və Huda Beauty olduğunu açıqlayıb. Bu sahədə birlikdə çalışılacaq sənaye nəhəngləri arasında isə Emma Chamberlain və Dolan Twins ilə əməkdaşlıq edən Louis Vitton; Wengie, Merrell Twins, Dulceida və Juanpa Zurita kimi adlarla əməkdaşlıq edən Dior olacaq.

Modadakı iddiasını göstərmək istəyən platforma həmçinin Ralf Lauren, Maykl Kors, Dior və daha çoxunun ən son kolleksiyalarının canlı yayımının keçiriləcəyindən də danışıb.

(adsgarden = window.adsgarden || []).push({});