Aşura günü ilə bağlı qanvermə aksiyasına başlanılıb


Digərləri 10 Sen 2019 08:00:00 209 0

Aşura günü ilə bağlı qanvermə aksiyasına başlanılıb

Aşura günü ilə əlaqədar qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası başlayıb.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası başlayıb. Trend-in məlumatına görə, ümumilikdə respublika üzrə 32 yerdə qanvermə aksiyası keçirilir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Xatırladaq ki, sentyabrın 1-dən Məhərrəm ayı başlayıb, sentyabrın 10-da Aşura günü qeyd ediləcək.