Təhlükəli virus yüz minlərlə “Android” istifadəçisinin yazışmasını ələ keçirib


Digərləri 10 Sen 2019 07:41:00 245 0

Təhlükəli virus yüz minlərlə “Android” istifadəçisinin yazışmasını ələ keçirib

Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər "Joker" adlı yeni təhlükəli troyan virus aşkar ediblər. "BleepingComputer" nəşri yazır ki, sözügedən troyan "Google Play" mağazasında əlçatan olan 24 proqramda aşkar edilib. Yoluxdurulmuş proqramların ümumi yükləmə sayı 472 min olub.

Son.az ICTnews-a istinadən bildirir ki,  troyan yoluxdurulmuş cihazlara zərərverici proqram təminatının yüklənməsi üçün nəzərdə tutulub. Troyan qurbanın qurğusu haqqında informasiya toplayır, onun kontakt siyahısı və mətn mesajlarını köçürür. Əldə edilmiş məlumatlar şifrlənmiş formada cinayətkarların serverlərinə göndərilir.

Həmçinin mexanizm istifadəçini premium-xidmətlərə abunə etdirir.

Təhlükəli proqram əsasən ABŞ, Avstraliya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan istifadəçilərini hədəf alıb.

(adsgarden = window.adsgarden || []).push({});